Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

İkinci Qarabağ müharibəsindən sonra Fransa-Azərbaycan münasibətləri son dərəcə pisləşib. Buna səbəb Fransanın Azərbaycana qarşı təxribatçı fəaliyyəti olub. Paris Ermənistanı Azərbaycana qarşı silahlandırır, rəsmi Bakının ünvanına əsassız ittihamlar səsləndirir

 Rəsmi Bakı bildirib ki, Fransa hökumət rəsmisinin beynəlxalq dövlətlərarası münasibətlər baxımından heç bir etik çərçivəyə sığmadan Azərbaycanın konstitusional dövlət quruluşu haqqında qəsdən təhqir dolu ifadələrdən istifadə etməsi tamamilə qəbuledilməzdir.

 Münasibətlərin gərginləşməsindən sonra Azərbaycanın Fransadakı səfirinin geri çağırılıb-çağırılmaması məsələsi gündəmə gəlib.

 Məsələ ilə bağlıdanışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Fransanın atdığı addımlar birbaşa erməni mövqeyini dəstəkləməyə yönəlib: 

"Bu, əslində, Fransanın dövlət siyasətinə zərər vurur. Azərbaycanla münasibətləri Ermənistana görə korlamaq, hər halda Azərbaycan üçün yaxşı nəsə vəd etmir. Çünki Cənubi Qafqazda Fransanın bütün fəaliyyətləri və maraqları,əslində, zərbə altında qalır. Çünki regionda Azərbaycansız hansısa prosesdə iştirak etmək mümkün deyil. Fransa daxili işlər naziri öz səsrsəm çıxışı ilə münasibətləri daha da gərginləşdirir. Bu, əslində Fransanın indiki yürütdüyü siyasətə aludə olanların apardığı siyasətdir".

Deutat vurğulayıb ki,  hazırkı siyasəti Fransaya fayda gətirməyəcək:

 "Çünki Azərbaycanla Fransanın hansısa toqquşan maraqları yoxdur. Bunu Ermənistana görə edirlərsə, Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasından sonra bizim bu ölkə ilə də münasibətlərimiz normal məcraya yönəlməkdədir. Fransa daha çox Azərbaycanla Ermənistan münasibətlərinin yaxşılaşmasından faydanlamağa yönəlməlidir. Çünki prosesdə tərəfli mövqe tutacağı halda yaxına buraxılmayacaq".

 Politoloq Elxan Şahinoğlu bildirib ki, Makron səfirinin Parisdə saxladığı müddətdə Fransanın maraqlarına uyğun olmayan hadisələr baş verib:

 "Fransa anti-Azərbaycan siyasətindən əl çəkmir. Fransa prezidenti Makron və onun müşavirləri yanlış qərar verərək, məsləhətləşmələr adı ilə geri çağırdılar və bir müddət onu gözlətdilər. Biraz da ləngisəydilər, rəsmi Bakı da Fransadakı səfirini geri çağıracaqdı. Yenə də itirən Fransa oldu. Fransa öz səfirini Parisdə saxladıqları müddətdə Azərbaycanla Ermənistan arasında artıq sərhəd razılaşması əldə olundu. Makronun səfiri Parisdə saxladığı dövrdə başqa hadisələrdə oldu ki, Fransanın maraqlarına uyğun deyildi. Məsələn, Almaniya ön plana çıxdı, İlham Əliyev Almaniyaya dəvət olundu. Bir sözlə, Almaniya fürsətdən düzgün istifadə etdi".

Politoloqun sözlərinə görə, İlham Əliyev Fransaya tutarlı cavab verib:

 "Makron heç bir nəticə əldə edə bilməyəcəyini anlayıb, səfirini Bakıya geri göndərdi. Amma bu yenə də münasibətlərin normallaşması demək deyil. Çünki bu arada seperatçıların təmsilçələri Parisə dəvət olundu və Fransa daxili işlər naziri Azərbaycana qarşı fikirlər səsləndirdi. Yəni faktiki olaraq, Fransada Azərbaycanla münasibətləri gərginləşdirmək, korlamaq üçün əllərindən gələni edirlər. Onsuz da münasibətlər tam dibə vurub. Prezident İlham Əliyev Bakıda keçirilən Dialoq Forumunda açıq şəkildə Fransanın kolonial siyasətinə qarşı Azərbaycan və digər dövlətlərin birgə çıxış etməli olduğunu vurğuladı. Bu da bizim  Fransanın anti-Azərbaycan siyasətinə tutarlı cavabımızdır".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də