Xəbər verdiyimiz kimi, bu gün Qərbi Azərbaycan Televiziyasına məxsus binanın açılışı olub.
Televiziya Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərəcək.
Qərbi Azərbaycan Televiziyası son 200 ildə mərhələli şəkildə öz el-obasından deportasiya edilən azərbaycanlılar, Qərbi Azərbaycanda məhv edilən Azərbaycan irsi, o cümlədən sülh yolu ilə, təhlükəsiz və ləyaqətlə geri qayıdış uğrunda aparılan fəaliyyətə işıq salacaq.
Qərbi Azərbaycan Televiziyasına Ülviyyə Zülfüqar rəhbərlik edəcək.
O, indiyə kimi Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri postunda çalışırdı.
Telekanal həftədə 6 dəfə - 3 dəfə Azərbaycan, 3 dəfə rus dilində olmaqla, 2 saat boyunca efirə çıxacaq.