
Ukraynada jurnalistlərin Ali Radaya çıxışı bərpa olunacaq.
Bu barədə Ukrayna Ali Radasının rəhbəri Vyaçeslav Ştuçnı bildirib.
"Ali Radanın iclası zamanı binada 20-30 media nümayəndəsi ola biləcək. Jurnalistlər artıq akkreditasiya üçün ərizə veriblər. Biz əlavə akkreditasiyaya hazırıq. Pasxa bayramından sonra biz jurnalistləri vaxtında parlamentə toplayacağıq”, - o deyib.
Dövlət Təhlükəsizliyi Administrasiyasının nümayəndəsi Valentina Savitskaya qeyd edib ki, əvvəllər Radada 4 mindən çox KİV nümayəndəsi akkreditasiyadan keçib, ona görə də indi jurnalistlərin parlament binasına daxil olması üçün yoxlanışını düzgün təmin etmək lazımdır.