Bu barədə dövlət başçısı mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edərkən bildirib.
Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri zamanı Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri zamanı Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışını və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri zamanı Ağdamın Xıdırlı kəndində inşa olunacaq tam orta məktəb binasının təməlinin qoyulmasını dostluq və qardaşlıq əlaqələrimizin təzahürü kimi dəyərləndirib.
Eyni zamanda, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın ölkəmizə rəsmi səfərini məmnunluqla xatırladıb.
Özbəkistan Müsəlmanlar İdarəsinin sədri Nuriddin Xaliknazarov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin, Şimali Kipr Türk Respublikasının Diyanət İşləri Başkanı Ahmet Unsal isə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın salamlarını dövlətimizin başçısına çatdırıblar.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şavkat Mirziyoyevə və Ersin Tatara çatdırmağı xahiş edib.