Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda koronavirus "yoxa çıxıb"

Azərbaycanda koronavirus

Hazırda ölkəmizdə koronavirus infeksiyasına yoluxma, demək olar, yox səviyyəsindədir. 

Bunu Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında canlı yayım zamanı Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

 Nazirlik rəsmisi gün ərzində ən çoxu 10-15 yoluxma hadisəsinin qeydə alındığını diqqətə çatdırıb. O, qızılca ilə bağlı yoluxma statistikasını da açıqlayıb.

 Afaq Əliyevanın sözlərinə görə, bəzi rayonlarda tək-tək hallarda olsa da, qızılca hadisəsi qeydə alınır. Məlumata görə, ötən gün ölkə üzrə 29 hadisə qeydə alınıb. Nazirlik rəmisi vurğulayıb ki, rəqəmlər azalmaya doğru getsə də, hələ qarşısı alınmayıb, çünki hələ də peyvənddən kənar qalan insanlar var.

O, Azərbaycanda qızılcanın xaricdən gətirilmə ilə olduğunu bildirib. “Gətirilmə faktları adətən Rusiya və Türkiyədən idi. Yoluxma halları da əsasən peyvənd olunmayan şəxslərdir”.

 Afaq Əliyev bildirib ki, bu günə qədər peyvənd olunan körpələr arasında Hepatit B virusuna rast gəlinməyib:

 “Tək-tək hallarda isə vərəm qeydə alınır. Bu da sosial xəstəlik olduğundan tam nəzarət altında saxlamaq mümkün deyil. Göy öskürəklə əlaqəli keçən il ölkədə tək-tük hallarda xəstəxanalar təsdiqlənməmiş diaqnoz qoyublar. Çünki göy öskürəyin təsdiqi üçün mütləq laboratoriya müayinəsi olmalıdır. Ötən il 36 xəstədən yalnız üçündə göy öskürək faktı öz təsdiqini tapıb. Ümumilikdə hər hansı hadisə tələblərə uyğun təsdiq olunursa, hesabata daxil edilir”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də