Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Macarıstan Ermənistana hərbi yardımı blokladı - Azərbaycana görə!

Macarıstan Ermənistana hərbi yardımı blokladı - Azərbaycana görə!

Macarıstan Avropa İttifaqı Sülh Fondundan Ermənistana yardım göstərilməsi layihəsini bloklayıb.

 Bu barədə "Azadlıq" radiosonun Ermənistan bürosu diplomatik mənbələrə istinadən məlumat yayıb.

 Macarıstan müzakirə masasında olan proqrama Azərbaycanın da daxil edilməsini tələb edib.

 Qeyd edək ki, aprel ayında Avropa İttifaqının Sülh Fondundan Ermənistana 10 milyon avroluq yardımın ayrılması ilə bağlı ilkin razılıq əldə olunub. Vəsait Ermənistan ordusu üçün modul tipli səhra düşərgəsinin yaradılmasına sərf olunmalı idi.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də