Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanlı hüquqşünas Ukrayna müharibəsində YARALANDI

Azərbaycanlı hüquqşünas Ukrayna müharibəsində YARALANDI

Rusiyada azərbaycanlı hüquqşünas Elman Paşayev Ukrayna müharibəsində yaralanıb.

Bu barədə tanınmış jurnalist, ictimai siyasi xadim Maksim Şevçenko öz Teleqram kanalında məlumat yayıb.

 O bildirib ki, Rusiya Silahlı Qüvvələri ilə müqavilə imzalayan Elman Paşayev ağır yaralanıb.

 "Müqavilə imzalayan və cəbhə xəttində olan tanınmış hüquqşünas Elman Paşayev ağır yaralanıb. O, xəstəxanaya təxliyəsinin ləngidiyini bildirən mesaj göndərib və bunun qəsdən edildiyini iddia edir. Elman Paşayevin təxliyəsində köməklik göstərilməsi üçün hər kəsdən böyük xahişim var", - Şevçenko Teleqram kanalında yazıb.

 Qeyd edək ki, Elman Paşayev Rusiyada uzun müddət vəkil kimi fəaliyyət göstərib.

 Tanınmış rusiyalı aktyor Mixail Yefremovun ölümlə nəticələnən avtomobil qəzasından sonra azərbaycanlı vəkil onu məhkəmədə müdafiə edib. Lakin Paşayev məhkəməni uduzub. Daha sonra RF Ədliyyə Nazirliyi Paşayevin vəkillik statusuna xitam verib.

 Elman Paşayev TASS-a özü açıqlama verərək bildirib ki, Ukraynada Uqledar yaxınlığında yaralandıqdan sonra xəstəxanaya yerləşdirilib. “Mən Ukrayna Silahlı Qüvvələrinin Ulqedarda yerləşən və şəxsi heyətinin tərkibinə daxil olduğum hərbi birləşmənin cəmləşdiyi əraziyə endirdiyi zərbələr nəticəsində yaralanmışam. İndi xəstəxanadayam, mənə danışmaq çətindir”, - bildirib.

 Elman Paşayev həkimlərin ona tibbi xidmət göstərdiklərini bildirib. İlkin məlumatlara görə, o, PUA zərbəsi nəticəsində yaralanıb. Elman Paşayevin həyatı üçün təhlükənin olmadığı qeyd olunur.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də