Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistan parlamenti “Artsax”dan imtina etdiyini TƏSDİQLƏDİ

Ermənistan parlamenti “Artsax”dan imtina etdiyini TƏSDİQLƏDİ
Xəbər verdiyimiz kimi, Ermənistan parlamenti müxalifətin “Hayastan” fraksiyasının hazırladığı “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sərhədin delimitasiyası və demarkasiyası haqqında” bəyanat layihəsini rədd edib.


Hakim partiyanın parlament çoxluğu Ermənistanın 1 millimetrlik ərazisinin heç kimə verilmədiyini əsas gətirərək, sənədin müzakirəsindən imtina edib.

Bəyanat layihəsini 27 deputat dəstəkləyib, 51 deputat əleyhinə səs verib.

Parlamentin “Hayastan” fraksiyasının deputatı Artsvik Minasyan deyib ki, sərhədin delimitasiyası və demarkasiyasına dair sənədin rədd edilməsi hakimiyyətdə olan partiyanın “Artsax”dan imtina etdiyini bir daha təsdiqləyib.

Minasyan Hakim partiyanın parlament çoxluğunu Azərbaycan arqumentləri ilə çıxış etməkdə suçlayıb.

Artsvik Minasyan onu da bildirib ki, “Hayastan” fraksiyasının təqdim etdiyi bəyanatda qeyd olunur ki, “Ermənistan və Azərbaycan arasında delimitasiya heç bir halda Dağlıq Qarabağ xalqının öz vətənlərinə qayıtmaq və Artsaxın statusunu müəyyən etmək hüququnu məhdudlaşdırmamalıdır”.

“Parlament çoxluğu “əleyhinə” səs verməklə Artsaxdan imtina etdiyini bir daha nümayiş etdirdi”, – Artsvik Minasyan vurğulayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də