Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda hotellərin 82%-i "boş qalıb"

Azərbaycanda hotellərin 82%-i
2024-cü ilin ilk üç ayında Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 17,8 faiz səviyyəsində olub.

 Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövründəki 13.4 faizlə müqayisədə artıb.

 Məlumata görə, mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə Şabranda 45,5 faiz, Qusarda 41,3 faiz, Bakıda 30,6 faiz, Naftalanda 29,8 faiz, Saatlıda 24,8 faiz, Sabirabadda 20,8 faiz, Beyləqanda 20,4 faiz, Ağcabədidə 20,2 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.

 2024-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2023-cü illin eyni dövrü ilə müqayisədə 41,9 faiz artaraq 779,4 min olub. Gecələmələrin ümumi sayının 64,7 faizi Bakıda, 9,3 faizi Qusarda, 4,0 faizi Naftalanda, 3,9 faizi Qubada, 3,6 faizi Şabranda, 3,0 faizi Qəbələdə, 1,8 faizi Lənkəranda, 1,1 faizi Gəncədə, 1,0 faizi Naxçıvan Muxtar Respublikasında və 7,6 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də