
Abşeron rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Masazır qəsəbəsində ümumi sahəsi 144 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.