
ABŞ prezidentliyinə namizəd, xanım Cill Stayn Fələstinə dəstək aksiyasında saxlanılıb.
Bu barədə Yaşıllar Partiyasından namizəd Cill Staynın Seçki Qərargahı rəhbərinin müavini Kelli Merrill-Kayer məlumat verib.
O bildirib ki, insident Sent-Luisdəki Vaşinqton Universiteti tələbələrinin etirazları zamanı baş verib.