Azərbaycanın iki bədii gimnastı Serbiyanın paytaxtı Belqradda keçirilən “Ritam Cup” beynəlxalq turnirində beş medal qazanıb.
Sofiya Məmmədova üç mükafata sahib çıxıb.
O, çoxnövçülükdə gümüş, halqa və topla çıxışlarda bürünc medal əldə edib.
İlona Zeynalova isə yarışı iki mükafatla başa vurub. Ginnast çoxnövçülükdə və halqa ilə hərəkətlərdə bürünc medal qazanıb.