
Paytaxtın Səbail rayonu, Bibiheybət məscidinin qarşısında minik avtomobili dəmir arakəsməyə çırpılıb.
Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Xəbərə görə, baş verən yol-nəqliyyat hadisəsi səbəbindən şəhər istiqamətində sıxlıq yaranıb.
Hazırda sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.