Müharibənin 203-cü günündə İsrailin Qəzzaya hücumları nəticəsində həlak olanların sayı 77 293 nəfərə çatıb.
Qəzzanın Səhiyyə Nazirliyi son 24 saat ərzində Qəzza zolağında 43 nəfərin öldüyünü, 64 nəfərin yaralandığını bildirib.
Eyni zamanda qeyd edilir ki, 2023-cü il oktyabrın 7-dən Fələstin anklavında öldürülən jurnalistlərin sayı 141-ə çatıb.
Məlumatlara görə, onlardan sonuncusu, İsrailin Rəfahdakı evinə endirdiyi zərbə nəticəsində həlak olan Fələstinin El-An xəbər agentliyinin əməkdaşı Məhəmməd Bissam əl-Camal olub.