Azərbaycanda rəqsin tarixi çox qədim dövrlərə gedib çıxır. Özündə qədim və zəngin tarixi nüansları daşıyan rəqslər mədəniyyətimizin, adət-ənənələrimizin bir parçası olub. Tarixən qadın və kişilər fərqli hərəkətlərdən istifadə edərək rəqs mədəniyyətini bu günlərədək gətirib.
Ancaq son dövrlərdə sosial mediada paylaşılan rəqs videoları bir çox insanların etirazlarına səbəb olur. Xüsusilə azyaşlı uşaqların rəqsləri ictimaiyyət tərəfindən geniş müzakirə olunur. Müzakirə doğuran məqamlardan biri də ondan ibarətdir ki, oğlanlar qadınlara məxsus tərzdə rəqs edir, müxtəlif bədən hərəkətləri ilə özlərini qadınlara oxşadırlar.
Qeyd edək ki, bir neçə gün əvvəl efirlərin birində də sözügedən məsələ ilə bağlı qalmaqal yaşanıb. Əməkdar artist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (AYB) Elza Seyidcahan efirdə kiçik yaşlı qızın “Tərəkəmə” rəqsini oğlan kimi oynamasına qəzəblənib. Müğənni qızların oğlan, oğlanların isə qız kimi rəqs etməsini “faciə” adlandırıb: “Bu çərxi-fələk tərsinə dövran edir. İndi qızlar oğlan, oğlanlar qız olur. Bu "Tərəkəmə" rəqsini Xalq artisti, rəqqasə Roza Cəlilova belə oynayırdı? Bunu sənə kim öyrədib? Sən oğlansan? Oğlanlar indi oriyental rəqs edirlər".
Bəzi ekspertlər xəbərdarlıq edir ki, oğlanların qadın kimi rəqs etməsi onların həyatına mənfi təsir edə, hətta cinsi iqtidarsızlıq (impotentlik) yarada bilər. Bu isə öz növbəsində ailədaxili probemlərə, ailələrin dağılmasına səbəb olur.
Xalqımızın milli adət-ənənələrində, folklorunda önəmli yer tutan rəqs mədəniyyətinin bu formaya salınmasının və belə təbliğ olunmasının səbəbləri nələrdir?
"Rəqs müəllimləri ilə bağlı təhlil aparılmalıdır"
Mövzu ilə bağlı danışan yazıçı-kulturoloq Aydın Xan Əbilov deyir ki, rəqslərimizlə bağlı problemlər bu günün deyil, çoxdan başlamış bir prosesdir:
“Rəqs Azərbaycan incəsənətinin üzdə olan daha çox toylarda nümayişi ilə get-gedə rəngarəng formalar alan rəqs sənətidir. Oğlan və qız uşaqlarının rəqs edən zaman mədəniyyətimizə yad olan hərəkətlər etməsi pislənməlidir. İstər toylarda, istərsə də sosial şəbəkəkələrdə nümayiş etdirilən müxtəlif rəqs müəllimləri ilə bağlı təhlil aparılmalıdır. Gözümüz qabağında narkotik istifadəçilərinin hərəkətlərini rəqsə gətiririlər. Nə vaxt görünüb ki, oğruların hərəkləri rəqsə gətirilsin? Bunlar nə qədər düzgündür? Bu bizim uşaqların gözü qabağında bizim əzizlərimizin məclislərində, toylarında olur. Artıq peşəkər rəqqaslarda belə hərəkləri öz yaradıcılıqlarında təkrarlayırlar".
"Fikirləşirlər ki, hansısa tanınmış cins azlığın nümayəndəsi yaxşı pul qazanırsa, maşını varsa, niyə mən də belə olmayım?"
Kulturoloq bununla əlaqədar olaraq bütün cəmiyyətin etiraz bildirməli olduğunu vurğulayıb.
"Hər şey musiqidən, rəqsdən, filmdən başlayır. Bunu təbliğ edənlər məsuliyyətə cəlb olunmalıdırlar. Toylarda qız kimi oynayan, göbək rəqsi edən oğlanlara, oğlan hərəkəti edən qızlara etiraz bildirmək lazımdır.
Axı, bunlar bizim övladlarımızdır? Onlar cəmiyyətin gələcəkləridirlər. Rəqs çox sağlam həyat tərzinə aid olan kreativ incəsənət növüdür. Azərbaycan toylarında gənclərimizin rəqs etməsini biz alqışlayırıq. Amma bizə yad olan, mental dəyərlərimizn elementlərini vacib komponetlərinin özündə əks etdirməyən rəqslər nəyə lazımdır? Bəli, gənclər dünyanın müxtəlif xalqlarının rəqslərini ifa edə bilərlər. Bizim gənclər braziliya, ərəb rəqsləri oynayırlar. Hətta Əfqanıstanda qıza bənzər rəqs edən oğlan uşaqlarının hərəkətlərinin də görə bilərik. Amma bu nə qədər düzgündür?! Elə xalqlar var ki, Afrika xalqları, qonşu İranda fars dilli bir çox xalqların kişilərinin rəqslərində qadın rəqs elementləri var. Görünür, bunları Azərbaycana da gətirmək istəyən şəxslər var. Bu bizim yumoristik verilişlərdə qadın paltarı geyinən aktyorlardan qaynaqlanır. Sosial şəbəkələrdə qadın patları geyinərək rəqs edirlər. Uşaqlar da onlara baxır. Fikirləşirlər ki, hansısa tanınmış cins azlığın nümayəndəsi yaxşı pul qazanırsa, maşını varsa, niyə mən də belə olmayım? Çox böyük problemdir. Problemlə bağlı dövlət qurumları, ictimaiət, media bu hərəkətlər qarşı çox ciddi mübarizə aparmalıdırlar”, - Aydın Xan Əbilov deyir.
"Hüquq-mühafizə orqanları bunun qarşısını almalıdırlar"
Sosioloq Mail Yaqub isə bunun məqsədli şəkildə həyata keçirilən plan olduğunu düşünür.
“Dünya əhalisin artması, yaratdığı problemlərin fonunda bu kimi fəsadları məqsədli şəkildə yayırlar. Bunun yaymaqda məqsəd dünya əhalisinin sayını azaltmaqdır. Mən bunu fəsad adlandırıram. Amma təəssüf ki, buna rəvac verən insanlar var. Bu kimi murdar əməlləri kim yayır? Oğlanların qızlaşması prosesi dəhşətlidir.
Bu bizim mənəviyyatımıza ziddir. Mütləq hüquq-mühafizə orqanları bunun qarşısını almalıdırlar. İndidən uşaqların beyninə yeridirlər. O uşaqda elə formalaşır. Gələcəkdə onun necə olacağı da məlum məsələdir",