Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarov ilə mətbuata bəyanatında bildirib.
Qırğızıstan Prezidentinin səfəri çərçivəsində imzalanan sənədləri xatırladan dövlət başçısı qeyd edib ki, iki ölkə ikitərəfli münasibətlərin möhkəm qanunvericilik bazasını yaradır.