Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Millət vəkili Goranboyda şəhid ailələrini ziyarət etdi - FOTOLAR

96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov Goranboyda şəhid ailələrini ziyarət edib.
RegionTV.info-nun  məlumatına görə, millət vəkili əvvəlcə qəhrəman şəhidlərimizin məzarlarını ziyarət edib, daha sonra şəhidlərimizin evlərinə gedən Anar Məmmədov Azərbaycanın suverenliyi uğrunda şəhid olanlara Allahdan rəhmət, ailə üzvlərinə isə səbir diləyib.
Deputat bildirib ki, vətənimizin mərd, cəsur övladarı ali bir amal – Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşərkən şəhidlik zirvəsinə ucalıblar. Şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacaqdır. Şəhid adını uca tutmaq isə hamımızın vətəndaşlıq borcudur. Anar Məmmədov şəhid ailələrini narahat edən məsələlərlə də yerində maraqlanıb.
Şəhidin valideynləri də şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə – Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildiriblər.






Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də