Xəbər verdiyimiz kimi, dünən Rusiyada müdafiə nazirinin müavini Timur İvanov rüşvətxorluq ittihamı ilə həbs edilib.
Bu gün Moskvanın Basman rayon məhkəməsinin qərarı ilə İvanovla bağlı ibtidai istintaq orqanlarının vəsatəti təmin edilib və onun barəsində 2024-cü il iyunun 23-dək 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Müstəntiqlərin bildirdiyinə görə, İvanov Rusiya Federasiyası Cinayət-Prosessual Məcəlləsinin xüsusilə külli miqdarda rüşvət almaqla bağlı müvafiq maddələri ilə ittiham olunur.
Timur İvanov 2016-cı ilin mayında Rusiya Federasiyası prezidentinin fərmanı ilə müdafiə nazirinin müavini təyin edilib. O, 2013-2016-cı illərdə Müdafiə Nazirliyinin tabeliyində olan “Oboronstroy”un baş direktoru olub. Şirkət hərbçilər üçün mənzillərin, eləcə də sosial əhəmiyyətli və strateji hərbi obyektlərin tikintisi üzrə ixtisaslaşıb.
T.İvanovu 15 ilə qədər həbs gözləyir.