Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistan ordusu Qazaxın 4 kəndindən geri çəkilir

Ermənistan ordusu Qazaxın 4 kəndindən geri çəkilir

Ermənistan Ordusu Qazax istiqamətindəki işğal olunmuş kəndlərdəki mövqelərindən geri çəkilib.
Bunu erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan deyib.

“Artıq deyirlər ki, mövqelərimiz üzərində Azərbaycan bayrağı dalğalanır. Mən bunu öz gözlərimlə görməmişəm, amma belə deyirlər, yəqin insanlar örüblər”, - o bildirib

Xatırladaq ki, Ermənistanın Tavuş vilayətinin Kirants icmasında dövlətlərarası yol bir neçə gündür bağlanıb. Bu, Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın demarkasiya və delimitasiya işləri ilə bağlı Azərbaycanla razılıq əldə olunduğu barədə bəyanat yaymasından sonra baş verib. Kirantsın bir hissəsinin Azərbaycanın nəzarətinə keçəcəyi xəritə də açıqlanıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də