
Gürcüstanın paytaxtı Tiflisdə daşınmaz əmlak bahalaşmaqda davam edir.
Bu barədə Gürcüstanın statistika qurumu (Sakstat) məlumat yayıb.
2024-cü ilin birinci rübündə çoxmərtəbəli binalarda və fərdi yaşayış evlərində yeni mənzillərin qiymətləri hər rübdə 1,1%, il ərzində isə 13% artıb. Eyni zamanda, 2020-ci ildən bəri artım 41,3% təşkil edib.
Mənzillərdə kvadrat metrin qiyməti ərazidən asılı olaraq 3041 lari (1137 dollar) ilə 5578 lari (2086 dollar) arasında dəyişir. Fərdi evlərdə - 2036 laridən (761 dollar) 4250 lariyə (1590 dollar) qədər fərq var.