
Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
KIA markalı avtomobil yoldan çıxaraq aşıb.
Hadisə zamanı minik avtomobildə olan 7 nəfərdən 5-i Rusiya vətəndaşıdır.
Onların adı aşağıdakı kimidir:
Makiyev Aleksey Fyodoroviç (1961)
Makiyeva Elena Nikolayevna (1977);
Mark Denis Nikolayeviç (2007);
Milena Denis Nikolayevna (2001).
Digər iki nəfər isə Göyçay sakinləri, 1972-ci il təvəllüdlü Humay Xəlilova və 1993-cü il təvəllüdlü Gülnar Məmmədovadır.
Onlar xəstəxanaya yerləşdirilib.
Qəzanın baş vermə səbəbləri araşdırılır.