ABŞ Konqresinin Nümayəndələr Palatasının İsrailə hərbi yardım haqqında qanun layihəsini təsdiq etməsindən sonra bəzi fəallar və ABŞ-ın tanınmış müsəlman təşkilatlarının liderləri qarşıdan gələn prezident seçkilərində prezident Co Baydeni dəstəkləməyəcəklər.
Bu proqnozu NBC televiziyası verib.
NBC qeyd edir ki, bir çox müsəlman amerikalılar İsrailin Qəzza zolağındakı hərəkətlərini dəstəklədiyi üçün Bayden administrasiyasından narazı idilər.
İndi onlar Baydenin Konqresdən keçən İsrail yardım paketini mümkün imzalamasını “geri dönüşü olmayan nöqtə” və “mütləq fəlakət” adlandırırlar.