Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Fransa Azərbaycanı itirir, sülhməramlılar gedir - Bakıdakı Rus İcmasından REAKSİYA

Fransa Azərbaycanı itirir, sülhməramlılar gedir - Bakıdakı Rus İcmasından REAKSİYA

Fransa-Azərbaycan münasibətləri 44 günlük Vətən müharibəsindən sonra getdikcə qırılmağa başlayıb. Bunun səbəbi isə rəsmi Parisdir. Azərbaycanın haqlı qələbəsini həzm edə bilməyən ermənipərəst Fransa öz maskasını endirmiş oldu. Bu yaxınlarda Fransa Xarici İşlər Nazirliyi bu ölkənin Azərbaycandakı səfirinin məsləhətləşmələr üçün geri çağrıldığını mətbuata yaydı. Belə bir məlumatı yaymağın mənası doğrusu anlaşılmır. Bəlkə də Fransa bununla nəsə mesaj vermək istəyir... Hər halda iki ölkə arasında münasibətlər heç də müsbətə doğru getmir.


Bəs ölkəmizdəki icmalar Fransanın Azərbaycanla bağlı addımları barədə nə düşünür?

Azərbaycandakı Rus İcmasının sədr müavini Anastasiya Lavrina Modern.az-a bildirib ki, Fransa Azərbaycanla münasibətləri gərginləşdirməyə davam edir:
 

"Rəsmi Parisin qərarı ilə Azərbaycandakı səfir Enn Boyon məsləhətləşmələr üçün geri çağırılıb. Beşinci Respublikanın fikrincə, bu addım Azərbaycanın son aylarda “ölkələr arasında münasibətlərə xələl gətirən” birtərəfli fəaliyyətini davam etdirməsi ilə əlaqədar atılıb. Lakin hamı bilir ki, məhz Fransa rəhbərliyinin səyləri nəticəsində iki ölkə arasında münasibətlər bu gün kritik həddə çatıb. Ermənistanın silahlandırılması, Senatda qəbul edilən anti-Azərbaycan qətnamələri, Qarabağda əvvəllər fəaliyyət göstərən qanunsuz separatçı rejimin tanınması və Bakıya qarşı sonsuz ittihamlar - bütün bu hərəkətləri ilə rəsmi Paris Bakı ilə ikitərəfli münasibətlərə ciddi ziyan vurub".


A.Lavrinanın fikrincə Fransa prezidenti Emmanuel Makron ölkələrarası münasibətlərdə bir çox səhvə yol verib:


"Fransanın daxili siyasəti və iqtisadiyyatında da bir çox problemlər var. Buna misal olaraq fermerlərin tətilini göstərmək olar. Fransa Afrikadakı  keçmiş müstəmləkələrinin demək olar ki, hamısında öz təsir gücünü itirib. Makronun Ukrayna ilə bağlı bəyanatları digər avropalı siyasətçilər arasında dəstək görmür. Fransanın indiki rəhbərliyinin öyünə biləcəyi yeganə şey Ermənistana təsir göstərməkdir. Ermənistan könüllü olaraq Parisin əlində marionetkaya çevrilib. İrəvanı Moskva ilə qarşı-qarşıya qoydular və bunun müqabilində yüksək vədlərdən və strateji əhəmiyyəti olmayan silahlardan başqa heç nə vermədilər. Ermənistan Fransaya Cənubi Qafqazda möhkəmlənmək üçün yeganə fürsət rolunu oynayır. Fransadakı güclü erməni lobbisini və böyük erməni diasporunu, regionda sülh prosesini pozmağa cəhd edənləri unutmaq olmaz. Bütün bunlarla paralel olaraq, Azərbaycanın və şəxsən ölkə Prezidentinin imici dünya miqyasında güclənməkdə davam edir. Azərbaycan regionda və qlobal siyasətdə mövqelərini möhkəmləndirir. Prezident İlham Əliyevin səyləri ilə Fransanın neokolonial siyasəti ifşa olundu. Yeni Kaledoniyanın nümayəndələri Azərbaycana gələrək, müstəqillik uğrunda mübarizədə göstərdikləri dəstəyə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirirlər. Bu, ölkəmizin artan əhəmiyyətinin göstəricisidir.

Rəsmi Parisin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan Qarabağda qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu. Rusiya sülhməramlıları regionu vaxtından əvvəl tərk edirlər ki, bu da Azərbaycan rəhbərinin parlaq diplomatiya aparmaq və uyğun bildiyi zamanda məqsədə çatmaq bacarığını bir daha təsdiqləyir".
 

Rusiya icmasının sədr müavini Azərbaycanın seçdiyi yoldan dönməyəcəyini qeyd edib:
 

"Fransa öz beynəlxalq imicinə zərər vurmaqda davam edir, Azərbaycan seçdiyi yoldan dönməyəcək. Fransa Azərbaycanla münasibətləri pozmaqla regionda güclü iqtisadi və enerji tərəfdaşını itirir. Paris və İrəvanın maraqları naminə heç bir Avropa ölkəsi Azərbaycanla münaqişəyə getməyəcək. Bu o deməkdir ki, Fransanın bu ağılsız siyasəti Azərbaycan mövqelərini daha da gücləndirəcək".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də