Ötən gün parlamentin plenar iclasında deputat Siyavuş Novruzov uşaqların evdə deyil, məktəbdə oxuyub öyrənməsi ilə bağlı fikirlər irəli sürüb.
Belə ki, o, 1-ci siniflərin məktəbə qəbulunun müsabiqə yolu ilə olmasını birmənalı qarşılamayıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi AzEdu.az-a açıqlamasında Siyavuş Novruzova cavab verib.
Bildirilib ki, ümumi təhsil müəssisələrinin 1-ci sinfinə uşaqların qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə ərizələrin onlayn qeydiyyatı yolu ilə həyata keçirilir:
"Uşaqların 1-ci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir. Qeydiyyat valideyn (və ya digər qanuni nümayəndə) tərəfindən aparıla bilər.
Ölkə üzrə 12 ümumi təhsil müəssisəsi istisna olmaqla (lisey, gimnaziyalar, incəsənət yönümlü müəssisələr) dövlət ümumi təhsil müəssilərinə 1-ci sinfə qəbul prosesində heç bir müsabiqə həyata keçirilmir.