Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Düşməni lərzəyə salan birlik gəlir - Türkiyə, Azərbaycan və Pakistan koalisiyası...

RegionTV.info 
Yanvarın 13-də Türkiyə, Azərbaycan, Pakistan XİN-in İslamabadda görüşü keçirildi. Bu ilk görüş deyil, təbii ki, daha əvvəl də görüş olmuşdu. Lakin bu dəfəki nisbətən daha mühüm rol oynayır.  Türkiyə supergüc olma yolunda addım-addım irəliləyir, digər dövlətlər də bunu yaxşı dərk edir. İngiltərənin daha sonra Fransanın Türkiyə lehinə meyilləndiyi hiss edilirdi. Fransa prezidenti Makronun "Əziz Ərdoğan" xitabi ilə başlayan məktubu buna dəlalət verir.. 
Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir, inkişafa doğru getmək niyyətindədir. Moskva bəyanatı "yeni yol" planı ilə bəzi şəbəkələri genişləndirdi. Qarabağda sülhməramlıların sayının çoxalması narahatlıq doğurur.
Amma bir şərhçi olaraq 5-10 ildən sonra Türkiyənin bu qüvvələri Qarabağdan çıxaracağını və  Qafqazda böyük gücə çevriləcəyini ehtimal edirəm.
Pakistan da öz inkişaf yolunu genişləndirmək istəyir. Zəngin ölkə olmasa da Pakistan böyük nüvə dövlətidir. Məhz bu amil Pakistana böyük avantaj qazandırır. Son zamanlarda isə ərazi münaqişəsi Pakistana yeni bir koalisiya imzalamaq üçün təkan verdi... 
İslamabad konfransında bəyanat imzalandı. Bu bəyanatın koalisiya üslubunda olduğunu zənn edirəm. Bəyanatda iqtisadi, hərbi, enerji, müdafiə sahəsindəki amillər aparıcı faktdır.
Azərbaycanın Qarabağ barəsindəki planlarında, bu ərazilərin yenidən dirçəlməsində Pakistan və Türkiyənin rolunun mühüm olacağını istisna etmirəm.
Həmçinin müdafiə sahəsindəki danışıqlar da diqqəti cəlb edir. Üçlüyün növbəti görüşü Türkiyə də olacaq. Türkiyənin Pakistandan nüvə ehtiyatı alacağını da istisna etmirəm.
Həmçinin Kəşmir məsələsinə də toxunuldu. Pakistanın haqlı davasını dəstəklədiklərini bildirdilər. 
İslam dövlətinin belə bir bəyanat imzalamazı böyük nailiyyətdir. Həmçinin bir subliminal mesajdır ki, İslam dövlətləri birləşməli, birlik olmalıdır. Buna İslam koalisiyası da desək yanılmarıq. Gələcəkdə bu koalisiyanın böyüyəcəyini zənn edirəm.. 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də