
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında dərc olunmuş əsassız məlumatlarla bağlı açıqlama yayıb.
MEDİA-nın açıqlamasında deyilir:
"Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mənbəyi məlum olmayan, habelə reallıqdan uzaq, əsassız məlumatlar yayılmaqdadır.