Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda DƏHŞƏT: oğlan bıçağı sevgilisinin ürəyinə sancdı


Bakının Xətai rayonunda qətl baş verib.

Hadisə Xudu Məmmədov 13 ünvanında qeydə alınıb.

Belə ki, iri marketlərin birinin qarşısında 24 yaşlı oğlan sevdiyi 22-24 yaşlı qadının ürək nahiyyəsinə bıçaq zərbəsi vurub

Qadın aldığı xəsarətlərdən ölüb. Daha sonra o, özünə bıçaq zərbələri vurub.

Oğlan aldığı xəsarətlər səbəbindən Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Qadının meyiti morqa təhvil verilib.

Hazırda ölən qadının ad və soyadı dəqiqləşdirilir.

Xətai Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də