Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Zatulin Vazgen Manukyanın iradlarına CAVAB VERDİ

Zatulin Vazgen Manukyanın iradlarına CAVAB VERDİ

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin özünün Telegram kanalında Ermənistanın keçmiş baş naziri Vazgen Manukyanın açıq məktubuna cavab verib.

 Zatulin Manukyanın xüsusilə Rusiya Federasiyasının 2020-ci ildən sonrakı davranışının “müttəfiq anlayışlarına uyğun gəlmədiyi” və sülhməramlı kontingenti Qarabağdan çıxarmaqla “i-nin üzərində son nöqtəni qoyduğu” sözlərinə reaksiya verib:

“Bu xaricilərin hərfdir, bizim əlifbamızda yoxdur. Siz, əlbəttə ki, bilirsiniz ki, mən və Rusiyadakı mənim kimi həmfikirlərimiz Qarabağdakı sülhməramlı əməliyyatımızın belə sonlanmasını ən az istəyənlərdənik. Amma 2020-ci ildən sonra, xüsusən də 2022-2023-cü illərdə baş verən hər şeydən sonra Qarabağdan əvvəlcə ermənilərin, sonra isə rusların köçü əvvəlcədən müəyyən edilmişdi”.

Zatulin qeyd edib ki, bu, acı həqiqətdir və qısa cavabda səbəbləri sadalamaq istəmir.

“Mən xalqlarımız arasında münasibətlərdə qalanları xilas etmək istəyirəm ki, onlar dövlətlərin və hökumətlərin siyasətinin qurbanına çevrilməsinlər. Siyasətdə baş verənləri sizə demək mənim üçün deyil. Ancaq ümidi basdırmağa tələsməyin, mənim və inancımıza şübhə yaratmayın - bu, Ermənistan və Rusiyanın gələcəyinin təminatıdır”, - o qeyd edib.

Konstantin Zatulin Rusiyanın ermənipərəst deputatıdır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də