“Rusiya sülhməramlı qoşunlarının Qarabağdakı missiyası qarşıya qoyulan məqsədə nail olub və məntiqi sonluğa çatıb”.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi orqanı olan “Krasnaya Zvezda” qəzeti məlumat yayıb.
Nəşrdə qeyd edilib ki, indi “Rusiyanın Qarabağ iqtisadi rayonunda sülhməramlı missiyasının dayandırılması üçün obyektiv şərait yaradılıb”.
Məqalədə deyilir: “Rusiya sülhməramlı kontingentinin fəaliyyəti bir vaxtlar münaqişəli olan regiona sülh və sabitlik gətirdi və davam edən əməliyyat öz məqsədlərinə çatdı və məntiqi sona çatdı”.