
Goranboyda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
Goranboy şəhərinin çıxışında 2 avtomobilin toqquşması nəticəsində, 1990-cı il təvəllüdlü İ.Səfərov, 1993-cü il təvəllüdlü E.Quliyev, 1992-ci il təvəllüdlü E.Yaqubov və 1981-ci il təvəllüdlü E.Həsənəliyev xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlər onların vəziyyətini kafi və qənaətbəxş kimi qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır. (Report)