Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xarkov yeni Hələb ola bilər - Şəhər meri

Xarkov yeni Hələb ola bilər - Şəhər meri
"Xarkov yeni Hələb ola bilər".

 Bunu Xarkov meri İqor Terexov "The Guardian"a müsahibəsində deyib.

 Mer Britaniya qəzetinə deyib ki, Rusiya öz taktikasını dəyişib və indi yaşayış məntəqələrini atəşə tutmaqla şəhərin elektrik təchizatını məhv etməyə və onun 1,3 milyon sakinini qorxutmağa çalışır. Terexov əmindir ki, hazırda ABŞ Konqresində bloklanan 60 milyard dollarlıq hərbi yardım paketi həlledicidir.

 "Xarkovun yeni Hələbə çevrilməsinin qarşısını almaq üçün bu dəstəyə ehtiyacımız var", - o 9 il əvvəl vətəndaş müharibəsinin qızğın vaxtında Rusiya və Suriya hökumət qüvvələri tərəfindən bombalanan və ciddi şəkildə dağıdılan Suriya şəhərini xatırladaraq deyib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də