“Heç vaxt maşın sürməmişəm. Tank sürmüşəm, BTR sürmüşəm, maşın sürməmişəm. Əvvəl həvəsim olmayıb, sonra ehtiyacım”.
Bunu Lent.az-a müsahibəsində Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat arzularından da danışıb. Bildirib ki, Əl-Əqsa məscidinə və Kərbəlaya getmək arzusundadır.
S.Novruzovun sözlərinə görə, 2020-ci ildə baş verən Tovuz hadisələrindən sonra hərbi komissarlığa yazılı müraciət edib ki, zabit kimi döyüşə getmək istəyir.
“Bütün güzəştləri, işimi kənara qoyub getmək istədim, qeydiyyata götürdülər, amma çağırmadılar”.
Övladlarından danışan S.Novruzov “oğlum universitetin Hüquq fakültəsində oxuyur, qızım hələ orta məktəbi bitirməyib” deyib.