300 bal toplayan şagirdlərdən biri - Rəsul Təbib oglu Həsənli Bakı şəhəri, Nizami rayonu, 62 saylı məktəb-liseydə təhsil alır.
Onun anası açıqlamasında bu nəticənin əldə edilməsində məktəbin böyük əməyinin olduğunu deyib:
"Rəsul birinci ixtisas qrupu üzrə hazırlaşır. Ümid edirik ki, növbəti imtahada da hər şey yaxşı olar.
Hansı universiteti seçəcəyin hələki qərarlaşdırmayıb. Kompüter mühəndisliyi ixtisasında təhsil almaq istəyir".
O qeyd edib ki, Rəsul təhsilini Azərbaycanda davam etdirmək istəyir:
"Çünki bizim ailədə vətən sevgisi yüksəkdir. Hətta bizim Qarabağ Universitini seçmək ehtimalımız da var. Çünki biz Qarabağlıyıq. Bu seçimi də edə bilərik".