
Danimarkanın paytaxtı Kopenhagendə dünyanın ən qədim birjası (Börsen) binası yanır.
Bu barədə "Reuters" məlumat yayıb.
Səbəbi məlum deyil. Yanğın nəticəsində dörd əjdahanın bir-birinə dolanmış quyruğu şəklində olan 56 metrlik şpil dağılıb. Binadan sənət əsərlərini yığışdırmağa çalışırlar.
Ölənlər barədə məlumat yoxdur.
Birja binası 400 il əvvəl tikilib.