
Paytaxt ərazisində cari ilin yanvar, fevral və mart aylarında ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 90 fakt, qəza nəticəsində ölənlərin sayı 33 nəfər, xəsarət alanların sayı isə 72 nəfər olub.
Bu barədə DİN-in Mətbuat xidmətinin 2024-cü ilin üç ayı ərzində paytaxt ərazisində qeydə alınmış yol-nəqliyyat hadisələri ilə bağlı statistik məlumatında bildirilib.