İsrail İslam Respublikasına hücum etməyə cəhd edərsə, İran saniyələr ərzində cavab verəcək və bu cavab əvvəlkindən qat-qat güclü olacaq.
Bunu İran xarici işlər nazirinin müavini Əli Baqiri Kani deyib.
Diplomat vurğulayıb ki, əgər İsrail növbəti səhvə yol verərsə, Tehranın cavabı güclü və dərhal olacaq və günlərlə deyil, saniyələrlə ölçüləcək.
Aprelin 1-də Suriyanın Dəməşq şəhərindəki İran konsulluğuna İsrailin hücumuna cavab olaraq aprelin 14-nə keçən gecə İran İsrailə hücum edib.
İsrail hakimiyyəti Tehrandan irimiqyaslı hücuma hazırlaşırdı.