"Rusiya telekanalları Primadonnanın yubileyini qeyd etməkdən yekdilliklə imtina edib..."
İki yeni mahnı, Qalkindən hərarətli təbrik...
Rusiyanın məşhur müğənnisi, SSRİ xalq artisti Alla Puqaçovanın bu gün, aprelin 15-də 75 yaşı tamam olur.
Bu barədə "showbiz.novyny.live" nəşri yazıb.
Yubiley ərəfəsində müğənni "Mən ağlayıram" adlı yeni mahnısını təqdim edib. Mahnının sözləri və musiqisi Rusiya musiqiçisi Leonid Aqutinə məzsusdur.
"VOİCE" jurnalı yazır ki, bu kompozisiya beş il öncə Aqutinin 50 illik yubileyinə yazılıb. Puqaçova bu mahnı ilə 2018-ci il noyabrın 8-də çıxış etməyi vəd edib. Lakin o zaman son məqamda bundan imtina edib, xəstəliyinə görə gələ bilməyəcəyi barədə məlumat verib.
Bu ərəfədə mahnının işıq üzü görməsini müğənninin konsert direktoru Yelena Çuprakova anons edib.
Bu gün Alla Borisovnanın daha bir "Həyat son dərəcə gözəldir" adlı yeni mahnısı işıq üzü görüb.
Martın 1-də Alla Puqaçovanın "P.S." adlı yeni albomu dərc edilib. Buraya əsasən ötən illərin hitlərindən 20 mahnı daxil edilib. Bu albom 16 il ərzində müğənninin ilk albomudur.
Alla Borisovanı həyat yoldaşı, şoumen Maksım Qalkin yubileyi münasibətilə təbrik edib, müğəninin fotoşəkli altında bu sözləri yazıb: "Sevgilim, günün mübarək!"
Xəbəri paylaş