Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dünənki imtahanın cavabları AÇIQLANDI

Dünənki imtahanın cavabları AÇIQLANDI

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi 2024-cü il aprelin 14-də inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul imtahanı keçirib.

 DİM-dən  verilən məlumata görə, Bakı və Naxçıvan şəhərlərində kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanın nəticələri DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

 İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 2764 namizəddən 46 nəfər imtahana gəlməyib.

 İmtahan nəticələrinə əsasən, BA2 altqrupu üzrə 10 nəfər, BA3 altqrupu üzrə 28 nəfər, BA4 altqrupu üzrə 50 nəfər, BB1 altqrupu üzrə 43 nəfər, BB2 altqrupu üzrə 82 nəfər, BB3 altqrupu üzrə 167 nəfər, BB4 altqrupu üzrə 302 nəfər olmaqla, ümumilikdə 682 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

 Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də