Azərbaycan Respublikasına investisiya yatıran əsas ölkələrin adları açıqlanıb.
Bu barədəDövlət Statistika Komitəsindən bildirilib.
Qeyd edilib ki, 2024-cü ilin yanvar-mart aylarında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş investisiyanın 756,1 milyon manatı (96,4 faizi) Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, ABŞ, Türkiyə, İsveçrə, Yaponiya, Rusiya, Norveç, İran, Hindistan və Fransa sərmayədarlarına məxsus olub.
Rəsmi məlumata görə, 2024-cü ilin yanvar-mart aylarında neft-qaz sektoruna 1351,0 milyon manatlıq investisiya yönəldilib. Qeyri neft-qaz sektorunun inkişafına sərf edilmiş 2458,2 milyon manatlıq investisiyanın 146,2 milyon manatı (ümumi sərmayənin 3,8 faizi) qeyri neft-qaz sənayesi sektorunda istifadə edilib.