
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanda səfərdədir.
“Nazirlər Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığının daha da genişləndirilməsi ilə bağlı məsələlərin geniş spektrini, mövcud regional vəziyyəti müzakirə ediblər”, – XİN-in sosial şəbəkə hesabında qeyd olunub.