Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Blinken müavinini Türkiyəyə göndərir

ABŞ Dövlət katibinin müavini Con Bass aprelin 15-16-da Türkiyəyə səfər edəcək. Səfər Türkiyənin xarici işlər nazirinin müavini Burak Akçaparın dəvəti ilə baş tutacaq.

Bununla bağlı Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, səfər çərçivəsində keçiriləcək görüşlər zamanı martın 7-8-də Vaşinqtonda keçirilmiş VII ABŞ-Türkiyə Strateji Mexanizm üzrə görüşdə qərarlaşdırılan mövzular başda olmaqla ikitərəfli münasibətlərin müzakirəsi planlaşdırılır.

 Bununla yanaşı, regional və qlobal hadisələr, o cümlədən İsrail ilə Fələstin arasında davam edən qarşıdurmadakı son vəziyyət ətrafında da fikir mübadilələrinin aparılması gözlənilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də