Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bayer Leverkuzen tarixində ilk dəfə Almaniya çempionu olub


Bayer Leverkuzen tarixində ilk dəfə Almaniya çempionu olub

Bayer Leverkuzen tarixində ilk dəfə Almaniya çempionu titulunu qazandı.

 Bu barədə Lenta.ru-nun müxbiri məlumat verib.

 Bazar günü, aprelin 14-də Xabi Alonsonun komandası Bundesliqanın 29-cu turunun matçında "Verder"ə qalib gəlib (5:0). Qaliblərin heyətində Viktor Bonifas və Qranit Xaka hərəyə bir qol vurub, Florian Virts isə het-trik edib.

Qələbə sayəsində 79 xal toplayan Bayer 5 tur qalmış rəqibi üçün əlçatmaz olub. Ən yaxın təqibçisi “Bavariya” isə 16 xal geri qalır.

 Bayer indiə qədər heç vaxt Almaniya çempionatının qızıl medalını qazanmayıb. Komanda beş dəfə ölkə vitse-çempionu olub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də