TRT telekanalı təhlükəsizlik mənbələrinə istinadən xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Burns Türkiyə kəşfiyyatının MİT rəhbəri İbrahim Kalına zəng edərək İran və İsrail arasında gərginliyin aradan qaldırılmasında vasitəçilik etməsini istəyib.
Məlumata görə, Burns və Kalın Qəzza zolağında atəşkəs danışıqlarını da müzakirə ediblər.
Qeyd olunur ki, Kalın amerikalı həmkarı ilə söhbətindən sonra Fələstinin HƏMAS hərəkatının nümayəndələri ilə görüş keçirib.