Britaniyanın "The Sun" nəşri yazır ki, Ukrayna iyulun ortalarına qədər Krım körpüsünü dağıtmağı planlaşdırır.
Nəşr yazır ki, körpünün konstruksiyasını dağıtmaq üçün “Storm Shadow” raketlərindən istifadə edilməsi planlaşdırılır, dəniz qüvvələrinin pilotsuz təyyarələri isə onun təməlinə hücum edəcək.
Hücum üçün ən azı 20-40 raket lazımdır.