Avstriya Xarici İşlər Nazirliyi respublika vətəndaşlarını İrana səfərdən çəkinməyə və orada olanlar isə ölkəni tərk etməyə çağırıb.
Bununla bağlı nazirlik bəyanat yayıb.
Qeyd olunub ki, bölgədəki mövcud gərgin vəziyyətlə əlaqədar yaxın günlərdə təhlükə səviyyəsinin artması gözlənilir.
Bu səbəbdən Avstriya Hava Yolları aprelin 18-dək Tehrana uçuşları ləğv edib.
Xatırladaq ki, bundan əvvəl Almaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarını İranı tərk etməyə çağırıb. Fransa Xarici İşlər Nazirliyi həmvətənlərini Yaxın Şərqdə vəziyyətin gərginləşməsi təhlükəsi ilə əlaqədar İran, İsrail və Livana səfərlərdən çəkinməyə çağırıb . Sloveniya Xarici İşlər Nazirliyi də eyni şəkildə respublika vətənaşlarına İrana səfərdən çəkinməyi tövsiyə edib.