
Məşhur italyan modelyeri Roberto Kavalli 83 yaşında vəfat edib.
Bu barədə La Nazione Firenze qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Kavalli uzun sürən xəstəlikdən sonra Florensiyada dünyasını dəyişib.
Kavalli 1940-cı il noyabrın 15-də Florensiyada anadan olub.
1960-cı ildə cins şalvar, köynək və digər geyim əşyaları üzrə ixtisaslaşan öz şirkətini qurub.