Rusiya hərbi mütəxəssisləri Nigerə gəliblər və burada yerli hərbçilərə təlim keçəcəklər.
bu barədə Niger Radio və Televiziya İdarəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, Niger Rusiya Federasiyası ilə hərbi əməkdaşlıq çərçivəsində alınmış müasir hava hücumundan müdafiə sistemi ilə təchiz olunub.
Bu sistemi quraşdırmaq və Niger ordusuna təlim keçirmək üçün 100 rusiyalı hərbi təlimatçı Niamey şəhərinə gəlib.