Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ukraynada 600 uşaq müharibənin qurbanı olub


Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında (TŞ) Ukraynadakı vəziyyətlə bağlı iclas keçirilib.

iclasda BMT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yença çıxış edib.

O bildirib ki, Ukraynada davam edən müharibədə təkcə mart ayında 57 uşaq öldürülüb.

Yença qeyd edib ki, Rusiya hər gün Ukraynanın şəhər və qəsəbələrini atəşə tutur, enerji infrastrukturunu intensiv və sistemli şəkildə hədəfə alır:

"Aramsız hücumlar nəticəsində mülki əhali hədəf alınır və artan itkidən dəhşətə gəlirik. Rusiya BMT Nizamnaməsinə və beynəlxalq hüquqa zidd olaraq həyata keçirdiyi işğal siyasətini davam etdirir".

M. Yença əlavə edib ki, Ukrayna əhalisinin təxminən 40 faizinin humanitar yardıma ehtiyacı var.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də