Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin və Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiç qlobal səviyyədə ərzaq təhlükəsizliyinin təmin edilməsi kontekstində keçirilən görüşdə kənd təsərrüfatı məhsulları və gübrələrin dünya bazarlarına maneəsiz çıxışı məsələlərini müzakirə ediblər.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib
“Qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi kontekstində kənd təsərrüfatı məhsullarının və gübrələrin dünya bazarlarına maneəsiz çıxışı məsələləri müzakirə edilib”, - XİN-in bəyanatında deyilir.
Bundan əlavə, məlumatda deyilir ki, tərəflər Fələstin-İsrail münaqişəsi zonasında mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Eyni zamanda, bu məsələnin Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının platformalarında nəzərdən keçirilməsi xüsusi vurğulanıb. Hər iki tərəf təcili və genişmiqyaslı atəşkəs və humanitar səylərin artırılmasının zəruriliyi ilə bağlı razılığa gəlib.
Bundan əvvəl Türkiyənin yeni Rusiya orbital stansiyasının (ROS) yaradılması layihəsində iştirak etmək üçün ərizə təqdim etdiyi bildirilirdi.
Bundan əvvəl Rusiya dost ölkələrdə ödənişdən imtina hallarının artdığını qeyd edib.