Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Hərbçilər arasında yarış - FOTO

Hərbçilər arasında yarış - FOTO
Quru Qoşunlarının 2024-cü ilin hazırlıq planına uyğun olaraq, hərbi qulluqçular arasında hərbiləşdirilmiş kros birinciliyi keçirilib.

 Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

 Yarışda müxtəlif qoşun növlərində və birləşmələrdə xidmət edən 6 komanda üzrə 18 hərbi qulluqçu fərdi və komanda birinciliyi uğrunda mübarizə aparıb.

 Gərgin mübarizə şəraitində keçən yarışda hərbi qulluqçular atış, qumbaraatma və 3000 metr məsafəyə kros üzrə güclərini sınayıblar.

 Yekun nəticələrə əsasən, 1-ci yerdə "Şəmkir" komandası, 2-ci yerdə "Hadrut" komandası, 3-cü yerdə isə "Bakı" komandası qərarlaşıb.

 Sonda qaliblər diplom, fəxri fərman və medallarla mükafatlandırılıblar.

 Qeyd edək ki, qaliblər Azərbaycan Ordusu üzrə keçiriləcək kros birinciliyində güclərini sınayacaqlar.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də